Elektron Razılaşma


Bu Elektron Razılaşma (bundan sonra mətndə “Razılaşma”) Həyat Fondu (bundan sonra “Fond”) və yardım almaq məqsədi ilə Müraciət edən Şəxs (bundan sonra “Müraciət edən”) arasında bağlanılmış rəsmi sənəddir. Fond və Müraciət edən birlikdə bu Razılaşmada əks olunlarkən “Tərəflər” adlandırılacaqdır.

Bu Razılaşma 5 (beş) hissədən ibarətdir:

  1.  Ümumi müddəalar.
  2.  Veb sayta müraciət qaydaları.
  3.  Tərəflərin hüquq və öhdəlikləri.
  4.  Fondun Prezidenti tərəfindən aparılan Televiziya verlişində iştirak etmək üçün qaydalar.
  5.  Son müddəalar.

                                               

1. Ümumi müddəalar

 

1.1      Tibbi yardıma ehtiyacı olan yalnız Azərbaycan Respublikasının vətəndaşları və yalnız cari ilin Strategiyasında müəyyən olunan istiqamətlərində (hyperlink should be here) Fonda bu Razılaşmanın 2-ci hissəsində təsvir olunmuş qaydada müraciət edə bilər.

1.2      Fond yalnız Veb Sayt vasitəsilə göndərilən müraciətlərə baxır.

1.3      Fondun Veb Saytına daxil olan Müraciətlər Fondun tərəfindən 5 (beş) iş günü müddətində cavablandırılır.

1.4      Müraciətlərin cavablandırması Müraciət edən tərəfindən müəyyən olunmuş elektron ünvanına göndərilir.

1.5      Müraciətlər Fondun Tibbi Komissiyası tərəfindən təhlil olunur və ehtiyac yaranan zaman Müraciət edəndən əlavə şifahi və yazılı məlumat tələb olunur.

1.6      Yardım üçün toplanmış məbləğ bilavasitə, Fond tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulan qaydada, bank köçürmə vasitəsi ilə Müraciət edənin yazılı razılığı ilə seçilmiş  Tibbi Müəssisəsinə köçürülür. Tələb olunan məbləğdən əlavə məbləğ yığıldıqda həmin fərq, Fondun ümümi bank hesabına keçirilir və digər Müraciətləri təmin etmək üçün istifadə edilir. Eyni zamanda, toplanmış məbləğ hər-hansı səbəbdən Müraciət edənə artıq lazım olmadıqda (məsələn : ölüm, Müraciət edənin, şəfa tapması və s.) həmin ianələr Fondun ümümi bank hesabına keçirilir və Fondun fəaliyyəti üçün istifadə olunur.

1.7      Müraiət edən Fondun Prezidenti tərəfindən aparılan Televiziya verlişinə çıxmaq arzusunda olduqda, bu Razılaşmanın 4-cü hissəsində təsvif olunmuş Qaydalarla tanış ola bilər.

 

2. Veb sayta müraciət qaydaları

 

2.1      Müraciət edən Xəstənin özü və ya tərəfindən həvalə olunmuş hər bir şəxs aşağıdakı məlumatı təsdiqlədikdən sonra, onun və ya qohumunun (ata, ana, övladı, əmisi, dayısı, xalası, bibisi, babası, nənəsi, nəvəsi və ya istisna hallarda xəstənin yazılı razılığı ilə fəaliyyət qabilliyyətli Azərbaycan Respublikası vətəndaşları- kanar şəxs) xəstəliyini əks etdirən mövcud sənədləri saytda yerləşdirilməsi üçün təqdim edə bilər.

2.2      Müraciət zamanı aşağıdakı sənədlər mütləq şəkildə Sayta yüklənməlidir:  

2.2.1   Xəstənin adı, soyadı, ata adı;

2.2.2   Xəstənin adından müraciət edən şəxsin adı, soyadı, ata adı (müraciət edən şəxs yalnız fəaliyyət qabilliyyətli Azərbaycan Respublikası vətəndaşları ola bilərlər);

2.2.3   Xəstənin adından müraciət edən şəxsin əlaqələri (mütləq mobil telefonun nömrəsi və elektron ünvanı - email);

2.2.4   Xəstənin əlaqələri (mobil telefonun nömrəsi və email);

2.2.5   Müraciət edən tarixdən 6 (altı) ay öncə xəstəyə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hər-hansı Tibb Müəssisəsi tərfindən verilmiş xəstəlik kağızından çıxarışı, epikrizi  və ya müayinəni təsdiq edən digər  məqsədəuyğun zəruri sənədləri;

2.2.6   Son müayinə yeri (tibb müəssisəsinin adı göstərilməklə) və son müayinəni aparan həkimin əlaqələri (mobil telefonun nömrəsi və elektron ünvanı - email);

2.2.7   Xəstənin ən azı 4 (dörd) müxtəlif tərəflərdən çəkilmiş foto şəkilləri Şəkillər aydın və baxımlı olmalıdır (1200*1800 piksel, 300 dbi).

                                                                                       

3. Tərəflərin hüquq və öhdəlikləri

 

3.1      Müraciət edənin aşağıdakı hüquq və öhdəlikləri  vardır:

3.1.1   Şəxsi təşəbbüsü ilə Fonddan kənar müxtəlif istiqamətlərə yardım üçün müraciət etmək və bu barədə Fondu məlumatlandırmaq;

3.1.2   Yardım təşkil olunan müddətdə Xəstənin səhhətində hər-hansı dəyişikliklər baş verdikdə Fondu dərhal məlumatlandırmaq;

3.1.3   Yardım aldıqdan sonra ona Fond tərəfindən təqdim edilən “Əks-əlaqə” Formasını doldurub, eyni zamanda məqsədəuyğun olan hallarda videolarda çəkilmək və Fond tərəfindən təşkil edilən müsahibələrdə iştirak etmək

3.1.4   Müraciət çərçivəsində olunan müalicə, müayinə, əməliyyat və reabilitasiyanəticəsi problemlər, ağırlaşmalar və ölüm hadisəsi görə Fondun heç bir məsuliyyət daşımadığını qəbul etmək.

3.2      Fondun aşağıdakı hüquq və öhdəlikləri  vardır:

3.2.1   Veb sayda daxil olan Müraciəti 5 (beş) iş günü ərzində cavablandırmaq;  

3.2.2   Müraciət bu Razılaşmanın 1-ci hissəsində və həmçinin,  Həyat Fondunun cari ilin Strategiyasında əks olunmuş istiqamətlərə aid olmayan sahələri əhatə etdikdə, həmin Müraciəti qəbul etməmək;

3.2.3   Müraciət Sayta yerləşdirildikdən sonar növbəti 3 ( üç) ay ərzində tələb olunan vəsait yığılmadığı təqdirdə, həmin məlumatı arxivləşdirmək;

3.2.4   Müraciət (müayinə, müalicə, əməliyyat, reabilitasiya və s. xərclər) üçün çəkilən xərclər 10000 (on min manat) AZN məbləği aşan halda həmin Müraciəti qədul etməmək;

3.2.5   Xəstənin müalicəsini, müayinəsini, əməliyyatını və reabilitasıyasını   yalnız Azərbaycan Respublikası daxilində Fond tərəfindn seçilmiş Tibbi müəssisələrdə həyata keçirmək;

3.2.6   Xəstənin anamnezini tələb etmək və təhlil etmək;

3.2.7   Təhlildən sonra, öncə təqdim olunan sənədlərin saxta olduğunu faktı aşkar etdikdə Müraciəti birtərəfli qaydada ləğv etmək;

3.2.8   Müraciət edənlər tərəfindən 5 (beş) iş günü müddətində Fondun nümayəndələrinin zənglərinə və mesajlarına cavab verilmədiyi təqdirdə həmin Müraciətə xitam vermək;

3.2.9   Müraciət edən tərəfindən Fondun və Tibb müəssisələrin  nümayəndələri, əməkdaşları, könüllüləri ilə kobut, nalayıq rəftar olduğu tədqirdə həmin Müraciətə xitam vermək  (Fondun telefonunda xüsusi proqram quraşdırılıb və bütün zənglər qeydə alınır);   

3.2.10 Ünvanlı müraciətlərə 4.2.-ci bənddə əks olunan əsasları rəhbər tutaraq, Fondun ümümi hesabından müayinə, müalicə, əməliyyat və reabilitasiya üçün tələb olunan məbləğin 10 (on) faizə kimi əlavə ianələr etmək.


4. Fondun prezidenti tərəfindən aparılan televziya verlişində iştirak etmək üçün qaydalar.

 

4.1      Fondun Televiziya verlişində çəkilmək üçün vətəndaşın Müraciəti  Fondun veb saytında olması mütləqdir.

4.2      Fond aşağıdakı əsaslarla Müraciət edənə Televiziya verlişində iştirak etmək imkanından faydalanmaq təklif edir:

4.1.1   Vətən qarşısında xüsusi xidmətləri olmuş vətəndaşlar;

4.1.2   Fondun Tibbi komissiyası tərəfindən keçirilmiş təhlil əsasında ölüm riski yüksək kimi dəyərləndirilən Müraciətlər;

4.1.3   Fondun Facebook səhifəsində yerləşdirilən “post”-lardan ən çox “like”-lar toplayanlar.

4.3      Televiziya verlişində iştirak etməkdən öncə Müraciət edənə Fond tərəfindən şifahi təlimat verilir.

 

5. Son müddəalar.

 

5.1      Mən, Müraciət edən - Xəstə və Xəstə tərəfindən həvalə olunmuş şəxs bu Razılaşma ilə ətraflı tanış oldum, bütün şərtləri qəbul edirəm, onlarla tam razıyam və Elektron Müraciətimi qəbul etməyinizi xahiş edirəm.