Onkoloji və hematoloji xəstələr üçün pulsuz müayinə keçirilib.

Statistika göstərirki, son illər onkoloji xəstəliklərdən əziyyət çəkən insanların sayı artıb. Dünya əhalisi arasında müşahidə olunan bu tendensiya Azərbaycanda da özünü göstərir. Təəssüf doğuran məqam isə odur ki, onkoloji və hematoloji xətəliklərindən əziyyət çəkənlərin arasında yetərincə uşaqlarda var. Bu ağır bəlaya düçar olmuş balalarımıza “HəyatFondu” heçvaxt biganə qalmayıb, onların müalicəsi üçün fond əlindən gələni edib.

Bu dəfədə köməyə ehtiyacı olan insanlara xüsusilədə uşaqlara yardım əli uzadıldı. “HəyatFondu” və Gemodo” şikətinin birgə dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində Almaniyanın Düsseldorf  Universitetinin Uşaq Onkologiyası və Hematologiyası kafedrasının müdiri  və eyni adlı klinikanın baş həkimi, professor  Arndt  Borkhardtın ölkəmizə səfəri baş tutdu.

Düsseldorf Universiteti onkoloji və hematoloji xəstəliklərin elmi araşdırılmasına və müalicəsinə görə dünyada ən məhşur mərkəzlərdən biri sayılır. Tanınmış alimin səfərinin məqsədi Azərbaycanda hematoloji və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları müayinə etmək və müalicəsinə dair məsləhətlər verməkidi. Xəstələrin qəbulu isə Milli Onkologiya Mərkəzində və Respublika Talassemiya Mərkəzində gerçəkləşdi.

Professorun qəbulunda həm “Həyat Fondu” tərəfindən dəvət olunmuş xəstələr, həm də Milli Onkologiya Mərkəzinin uşaq klinkasında müalicə alan xəstələr oldular.Səfər çərçivəsində professor Arndt  Borkhardt  Respublika Talassemiya Mərkəzində də oldu.  “Həyat Fondu” tərəfindən dəvət olunmuş Talassemiya və başqa qan xəstəliklərdindən əziyyət çəkən uşaqlar burada da həkimin qəbulunda oldular.

Xəstələrə qoyulan diaqnoz və müalicələrin gedişi ilə maraqlanan professor müayinə zamanı valideylərə övladlarının müalicəsi ilə baglı  məsləhətlərini verdi.

Səfərin son günündə isə professor Ardnt Borkhardtın iştirakı ilə Respublika Talasemiyya Mərkəzidə “Pediatrik onkologiya və hematologiyada yeniliklər” mövzusunda elmi seminar təşkil edildi. Azərbaycanın aparıcı alimlərinin iştirakı ilə baş tutan seminarda onkologiya və hematologiya sahəsində ən son yeniliklər müzakirə olundu. Sonda bütün tədbir iştirakçıları bu xeyriyyə tədbirinin və elm-praktiki seminarın həyata keçirilməsində “Həyat Fonduna” öz təşəkkürlərini bildirdilər. 

 

 

08.12.2017 349